"Ayrılmaq yox, "Neftçi"yə faydalı olmaq barədə düşünürəm"

29 Dekabr 2024 21:40 Neftçi 1 944
"Ayrılmaq yox, "Neftçi"yə faydalı olmaq barədə düşünürəm"

"Neftçi"dən ayrılacaq futbolçuların siyahısında adı keçən futbolçulardan biri də Azər Salahlıdır.

Amma Sportinfo.az-a açıqlama verən milli komandamızın sabiq üzvü yayılan iddiaların həqiqət olmadığını bildirib:

"Hazırda "Neftçi" ilə müqaviləm var. Uzun müddətdir komandama kömək edə bilmirəm. Məqsədim ikinci dövrə uğurlu olmağımız üçün kollektivə fayda verməkdir. İndiki halda getmək yox, yalnız "Neftçi"yə faydalı olmaq barədə düşünürəm".

30 yaşlı müdafiəçi 2 aydan çoxdur zədə səbəbindən "ağ qaralar"a kömək edə bilmir.

Salahlı uzun müddətdir onu yaşıl meydanlardan uzaq salan zədəsini və indiki durumunu da şərh edib:

"İki ay öncə sol ayağımdan ciddi zədə aldım. Ayağım qırılmışdı. Bakıda uğurla əməliyyat olundum. Bərpa müddəti gözləniləndən yaxşı keçdi.

Son 2 turda oynamağa da hazır idim. Sadəcə olaraq riskə getmək istəmədik.

Məncə, ikinci dövrəyə yaxşı toplanış keçərək tam hazır ola bilərəm. Düşünürəm ki, bu baxımdan qış fasiləsi mənim üçün yetərli olacaq".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var