"Neftçi"də çalışdı, 1 il bekar qaldı, indi Topalı əvəzləyəcək?

29 Dekabr 2024 00:50 Neftçi 1 601
"Neftçi"də çalışdı, 1 il bekar qaldı, indi Topalı əvəzləyəcək?

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya Super Liqasında çalışacaq.

Sportinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis "Petrolul"un baş məşqçisi təyin olunacaq.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Türk məşqçi Mehmet Topalın istefa verməsindən sonra Ploieşti təmsilçisi Mutu ilə danışıqlara başlayıb.

Klub prezidenti Klaudiu Tudor açıqlamasında tərəflər arasında razılıq əldə olunduğunu bildirib. O, qeyd edib ki, Mehmet Topalla müqavilə ləğv olunduqdan sonra Mutu ilə rəsmi sözləşmə imzalanacaq.

Adrian Mutu 2023/24 mövsümünün birinci yarısında "Neftçi"ni çalışdırıb. Rumıniyalı məşqçinin son iş yer ölkəsində ÇFR olub. O, bu ilin aaprel ayında istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var