"Adımın "Neftçi" ilə hallanması mənə xoşdur, amma..."

28 Dekabr 2024 21:00 Neftçi 3 666
"Adımın "Neftçi" ilə hallanması mənə xoşdur, amma..."

Samir Abasovun "Neftçi"nin baş məşqçi təyin olunmasından sonra "Sumqayıt"ın bəzi futbolçularının adı "ağ qaralar"la bərabər çəkildi.

Axı Abasov məhz "kimyaçılar"ın baş məşqçi postundan ayrılaraq paytaxt klubuna pənah aparmışdı.

Belədə təcrübəli mütəxəssisin ona tanış adları yanına aparmaq istəməsi məntiqlidir.

Adı çəkilən oyunçulardan biri də Roi Kehatdır.

İsrailli legioner Abasovun sevimli oyunçularından biri olub.

Görəsən, ikilinin yenidən bir araya gəlmə ehtimalı nə qədərdir?

Sualımıza cavab olaraq təcrübəli yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Mənim adımın “Neftçi” kimi böyük komanda ilə hallanması mənə xoşdur. Amma hazırda "Sumqayıt"dayam. Hazırkı klubumla müqaviləm davam edir. Və bütün diqqətimi hədəflərimizə yönəltmişəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var