“Neftçi” Ekvador yığmasının oyunçusu ilə RAZILIĞA GƏLDİ

23 Dekabr 2024 13:00 Neftçi 5 760
“Neftçi” Ekvador yığmasının oyunçusu ilə RAZILIĞA GƏLDİ

Qış fasiləsinə səkkizinci pillədə yollanan «Neftçi» transfer çalışmalarına start verib.

Samir Abasov bu ilin fevralında «Sumqayıt»a gətirdiyi Cordan Rezabalanı indi də ağ-qara forma geyinməyə razı salıb.

Tərəflər arasında danışıqlar bu gün başa çatıb, yaxın saalarda və ya yaxın günlərdə xəbərini açıqlanmasını gözləyin…

Əslində, «Sumqayıt»da yaşanan gözlənilməz ayrılığın kökündə də bu dayanır.

Odur ki, ekvadorlu yarımmüdafiəçi bu ilin sonunda başa çatan müqaviləsini yeniləmək istəməyib.

«Kimyaçılar» ona daha yaxşı şərtlərlə 2 illik kontrakt təklif etsə də, 23 yaşlı cənubi amerikalı çağırışa eyni münasibəti göstərməyib.

Ekvadorda “İndependyente”nin yetirməsi olan Cordan Rezabala bura yerli “Quayakil Siti”dən gəlib..

O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var