“Neftçi” – Bizim başımıza daha hansı hadisə gəlməlidir ki...

23 Dekabr 2024 20:20 Neftçi 1 472
“Neftçi” – Bizim başımıza daha hansı hadisə gəlməlidir ki...

“Neftçi” Premyer Liqanın 2024/2025 mövsümündə səfərdə qələbə qazanmayıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu 9 qarşılaşmada 5 heç-heçə edib və 4 dəfə uduzub.

“Ağ-qaralar” rəqib meydanında sonuncu dəfə ötən mövsümün son səfər oyununda 3 xal qazanıb. Mayın 18-də “Səbail”lə görüşən “Neftçi” üç cavabsız qol vurub.

Ardınca “Səbail” (1:1), “Araz-Naxçıvan” (1:1), “Şamaxı” (0:0), “Zirə” (0:2), “Qarabağ” (0:4), “Kəpəz” (3:4), “Sabah” (0:0), “Sumqayıt” (0:2) və “Turan Tovuz”un (1:1) qonağı olan paytaxt təmsilçisi 9 matçdan ibarət qələbəsizlik seriyası yaşayıb. Bu, klubun tarixində yeni antirekorddur.

“Neftçi”nin səfərdəki ən uzun qələbəsiz oyunlar seriyası 8 matçdan ibarət idi. 2016-cı ilin avqustundan 2017-ci ilin fevralına qədər olan müddətdə 8 qarşılaşmada 1 heç-heçə və 7 məğlubiyyət qeydə alınmışdı.

“Neftçi” XVIII turda Tovuz səfərindən bir xalla dönüb – 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var