“Neftçi”nin baş məşqçisi elə mühüm açıqlamalar verdi ki... VİDEO

23 Dekabr 2024 02:10 Neftçi 2 578
“Neftçi”nin baş məşqçisi elə mühüm açıqlamalar verdi ki... VİDEO

“Neftçi” Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”un qonağı olub - 1:1.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov oyunun birinci hissəsinin rahat keçdiyini bildirib:

“Azarkeşlər sağ olsunlar, uzun yol gəlib bizi dəstəklədilər. Təşəkkür edirəm.

Oyunun birinci hissəsi rahat keçdi. Burada oynamaq çətindir. Futbolçularım mübarizə apardılar.

İndi artıq fasiləyə çıxırıq. Həqiqətən də, buna ehtiyacımız var. Futbolçular da yorulub. Vaxtımız azdır. İstirahət edib, növbəti turların oyunlarına hazırlaşacağıq.

Bu, mənim komandamdır. Çatışmayan məsələləri mənim dilimdən eşidib, ictimaiyyətə çatdırmaq istəyirsizsə, mən buna cavab verməyəcəm. Burada fikirlərimi dayandırıram. Bugünkü gündə bizim üçün vacib olan nəticə idi.

Yaya kimi çətinlik çəkəcəyik. Çətin situasiyada gəlmişik. Biz öz aramızda da bunu danışmışdıq. Fikirləşirik ki, ən azı qələbələrlə bu vəziyyətdən çıxaq. Yenə də deyirəm, bu komandanın ətrafında gərgin işləyirik. “Neftçi” olaraq durmadan işləyirik, yeni transferlər üçün çalışırıq.

“Neftçi” dominant futbol oynamağa martın 22-də başlayacaq (gülür)”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var