“Neftçi”yə gedişim təsadüf idi, bu, planlaşdırılmamış və arzuolunmaz oldu”

20 Dekabr 2024 14:20 Neftçi 1 496
“Neftçi”yə gedişim təsadüf idi, bu, planlaşdırılmamış və arzuolunmaz oldu”

"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk növbəti dəfə Azərbaycandakı uğursuzluğu ilə bağlı danışıb.

Sportinfo.az "Terrikon"a istinadən xəbər verir ki, Ukraynada LNZ-a baş məşqçi təyin olunan mütəxəssis bununla bağlı fikirlərini bölüşərkən "Neftçi" dönəminə də toxunub:

“Mən həqiqətən Ukraynaya qayıtmaq istəyirdim. Azərbaycana ikinci gedişim planlaşdırılmamış və arzuolunmaz oldu.

Daha doğrusu, bu, təsadüf idi. İndi isə mən Ukraynaya qayıtdım və buna çox şadam”.

59 yaşlı ukraynalı mütəxəssis bu ilin iyununda "Neftçi"dən ayrılıb. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib. "Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib.

Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib. Qriqorçuk 2015-18-ci illərdə Azərbaycanda “Qəbələ”nin də baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var