"Neftçi"dən ayrılan baş məşqçi Premyer Liqa klubu ilə müqavilə imzalamağa yaxındır

18 Dekabr 2024 01:10 Neftçi 2 695
"Neftçi"dən ayrılan baş məşqçi Premyer Liqa klubu ilə müqavilə imzalamağa yaxındır

"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk karyerasını yenidən vətəni Ukraynada davam etdirə bilər.

Sportinfo.az bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

Bildirilir ki, o, bir müddətdir Premyer Liqa təmsilçisi LNZ (Çerkassı) ilə danışıqlar aparır.

Ukraynalı insayderlər iddia edilər ki, LNZ-in hazırda boş qalan baş məşqçi vəzifəsi məhz Qriqorçuka həvalə olunacaq.

59 yaşlı ukraynalı mütəxəssisin son iş yeri bu ilin iyununda baş məşqçi təyin edildiyi "Neftçi" olub. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var