Görəsən, bu adamın “Neftçi”də nə işi var?

16 Dekabr 2024 21:20 Neftçi 3 632
Görəsən, bu adamın “Neftçi”də nə işi var?

Ramil Şeydayev niyə meydana çıxır, niyə şans qazanır?

Adam öz komandasına yox, rəqiblərə fayda verir axı.

Meydanda rəsmən ayaq sürüyür, ikili mübarizələrdə uduzur, topla təkbətək epizodlarda yıxılıb yerdə qalır.

Şeydayev meydan olanda, “Neftçi” bir nəfər azlıqda oynayır.

Hə, parlaq keçmişi var, vaxtilə “Qarabağ”ın və millisinin əsas simalarından olub, Rusiyanın aşağı yaş qruplarından ibarət millilərindən adından söz etdirib.

Ancaq bu gün yox kimidir, sıfırdır. Oyundakı hərəkətləri atanın ərköyün balasını xatırladır.

“Qarabağ”dan ayrılandan bu yana “Buriram Yunayted”lə “Kocaelispor”un hərəsində 1 qol vurub, “Neftçi”də 17 oyunda 3 dəfə fərqlənib. Azərbaycan millisində son 2 ildə 17 qarşılaşmada 1 dəfə adını tabloya yazdırıb

.Bunun harası hücumçu, ya da hücmumameyilli futbolçudur? Müdafiənin mərkəzində çıxış edən Yuri Matias statistika baxımından ondan daha məhsuldardır.

Kənardan baxanlar Ramilin oyunundan və hərəkətlərindən boğaza yığılırsa, gör, komandanın daxilindəkilər, xüsusən də hücum planlı futbolçular nələr çəkir?

Samir Abasov məcburiyyətdən ona şans verir ki, bəlkə “dirilər”, bəlkə təcrübəsi ilə komandaya xeyri dəyər. Bəzən də futbolçu qıtlığına görə əlacsızlıqdan meydana buraxır.

Vitrinə qoyulacaq bir fiziki hazırlığı var idi, indi ondan əsər-əlamət qalmayıb. Elə bil, gecə karxanada daş daşıyır, səhər meydana çıxır. O dərəcədə yorğun, halsız, vecsiz görünür.

“Neftçi” Ramillə yolların ayrılmasına nail olmasa, ya da hər dəfə məcburiyyətdən oynatsa, vay komandanın halına.

Ağadadaş Salyanskinin ustalıq səviyyəsi aşağı ola bilər. Ancaq ən azından qaçacaq, mübarizə aparacaq, hansısa yolla “ağ-qaralar”a kömək edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var