"Neftçi"nin eybini qələbə də örtmədi

19 Dekabr 2024 22:20 Neftçi 2 934
"Neftçi"nin eybini qələbə də örtmədi

"Neftçi" "Kəpəz" üzərində vacib qələbə qazandı - 2:1.

Lakin azarkeşləri sevindirən yox, narahat edən qələbə oldu.

Axı "ağ qaralar" 2 top üstünlük əldə etdiyi matçda növbəti dəfə qələbəni əldən verməyə yaxın idi.

Birinci hissə müəyyən qədər oyun sistemi, mübarizə ruhu görə bildik. Kollektiv ən azı rəqibindən geri qalmırdı.

Lakin ikinci 45 dəqiqə Samir Abasovun komandası üçün vahiməli keçdi.

Bölgə klubu bir qədər diqqətli olsaydı, hətta qələbə qazana bilərdi.

Bugünkü "Neftçi" bu qədər təhlükəli vəziyyətdədir.

Hər ötən tur Roman Qriqorçukun nə qədər cılız futbolçulardan ibarət "Neftçi" formalaşdırdığına şahid oluruq.

Premyer Liqada "Şamaxı", "Kəpəz" kimi komandalar belə hesabda önə keçəndə xal itirmək ehtimalları minimuma enir.

Adətən isə qələbə qazanırlar.

Məntiqlə "Neftçi" hesabda önə keçəndən sonra darmadağın haqqında düşünməlidir.

Biz isə tam fərqli mənzərə görürük.

"Şamaxı" ilə oyunda 2:0 üstünlük əldən verildi.

"Kəpəz"lə oyunda buna Emil Balayev kritik seyvlə mane oldu.

Samir Abasov "Sumqayıt"a məğlubiyyətdən sonra "Bu məğlubiyyət bizim üçün faydalı olacaq" demişdi.

Təbii ki, Abasov qış fasiləsi öncəsi futbolçuların durumunu tam yaxından görmək, kimlərlə yola davam edib-etməyəcəyinə qərar vermək baxımından bu fikirləri səsləndirmişdi.

"Kəpəz"lə oyun göstərdi ki, bunun üçün heç məğlub olmağa da gərək yoxdur.

"Neftçi"nin qələbə qazandığı oyunda belə heyətdəki dərin yaralar aydın sezilir.

Durum o qədər acınacaqlıdır ki, uğurlu gün də onun üzərini örtə bilmir.

Qan dəyişikliyi mütləqdir. Həm də maksimum çox sayda oyunçunun ifasında.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var