"Məşqlərə başlamamışam, bərpa prosesi davam edir".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Neftçi"nin və Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.
32 yaşlı yarımmüdafiəçi zədəsinin hələ də sağalmamasına toxunub:
"Hazırda heç bir dəyişiklik yoxdur. Məşqlərdə iştirak etmirəm. Bu həftə oynamayacağım dəqiqdir. Növbəti oyuna isə baxacağıq".
Emin Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnib.
"Neftçi" Premyer Liqanın XVII turunda, dekabrın 15-də "Kəpəz"i qəbul edəcək. "Ağ-qaralar" ilin son turunda, dekabrın 21-də isə "Turan Tovuz"un qonağı olacaq.