“Öz təcrübəmdən deyim, hansısa baş məşqçinin gəlişi o demək deyil ki, dərhal çempion olacaqsan”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib
Braziliyalı legioner “Neftçi”nin çempion olması üçün bu heyət başdan-ayağa dəyişməlidirmi” sualına cavab verib.
Azərbaycanda ikinci mövsümünü keçirən “sambaçı” “Qarabağ”ı misal çəkib:
“Bizə dəqiq neçə il olduğunu deyə bilmirəm. Ancaq Qurban Qurbanov “Qarabağ”ı çempion etmək üçün bir neçə il işləyib, gözləyib.
“Neftçi” böyük klubdur. Ənənəsi var.
İnanıram ki, “Neftçi” də gec-tez o səviyyəyə qayıdacaq, azarkeşlərini sevindirəcək”.