"Neftçi"nin belə qollar buraxması ayıbdır" - VİDEO

8 Dekabr 2024 19:25 Neftçi 1 120
"Neftçi"nin belə qollar buraxması ayıbdır" - VİDEO

"Neftçi"nin belə qollar buraxması ayıbdır".

Bu sözlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.

"Qarabağ" Premyer Liqanın XV turunda "Neftçi"ni məğlub edib. Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində 27, 56-cı dəqiqələrdə Leandro Andrade, 53-cü dəqiqədə Nəriman Axundzadə fərqlənib.

Bununla, “Neftçi” Azərbaycan çempionatlarında 20-ci dəfə böyük hesabla məğlub olub. 1992-ci ildən ölkə çempionatlarının daimi iştirakçısı olan “Neftçi” 6 dəfə evdə, 14 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.

İlk belə məğlubiyyət 1992-ci il mövsümündə Sumqayıt “Xəzər”i ilə səfər matçına təsadüf edib - 0:3.

ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı “ağ-qaralar”ın derbidəki yenilgisini incələyib, müdafiə xəttində yol verilən səhvlərə diqqət çəkib. O, Yuri Matias də digər legionerləri sərt tənqid edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı