COP29

“Forza” “Neftçi”nin futbolçusunu söhbətə çağırdı - VİDEO

8 Dekabr 2024 17:45 Neftçi 2 062
“Forza” “Neftçi”nin futbolçusunu söhbətə çağırdı - VİDEO

“Neftçi” Azərbaycan kubokunun 1/8 finalını uğurla adladı.

“Ağ-qaralar” doğma meydanda I Liqa təmsilçisi “Difai”ni 6:0 hesabı ilə məğlub etdi.

Oyun başa çatandan sonra “Neftçi”nin futbolçuları matçboyu susmaq bilməyən “Forza Neftçi”nin yer aldığı tribunanın qarşısına gedib qələbəni onlarla birlikdə qeyd etdi.

Azarkeşlər müxtəlif şüarlar səsləndirib, “Qarabağ”a söz atmağı da özlərinə borc bildilər.

Komanda üzvləri paltardəyişmə otağına yollananda, fanatlar Yuri Matiası məhəccərlərin qarşısına çağırdı.

Təxminən 1 dəqiqə söhbət etdilər, narazılıqlarını çatdırdılar, yekunda braziliyalı müdafiəçini alqış sədaları altında yola saldılar.

“Neftçi” növbəti görüşünü Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcək.

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq duel saat 18:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti