Turun prinsipial görüşlərindən biri Sumqayıtda baş tutacaq.
Cari mövsümdə heç cür özünə bənzəməyən “Neftçi” sözügedən şəhərdə yerli komandanın qonağı olacaq.
Sumqayıtlıların turnir cədvəlində bakılıları 3 xal qabaqlaması və ən önəmlisi, “ağ-qaralar”ın baş məşqçi postunda Samir Abasovun əyləşməsi oyuna marağı xeyli artırıb.
Ötən turda darmadağın olan komandaların duelinin necə keçəcəyi və hansı hesabla bitəcəyi böyük maraqla gözlənir.
“Neftçi”nin macarıstanlı müdafiəçisi Mark Tamaş Sportinfo.az-a açıqlamasında “Sumqayıt”la görüş barədə fikirlərini bildirib:
“Bu gün böyük hesablı qələbə qazanmağımız yerinə düşdü. Rəqibin adından asılı olmayaraq, istənilən qələbə komandaya inam verir.
“Sumqayıt” matçı bizim üçün çox önəmlidir. Bu komanda hazırda turnir cədvəlində bizdən öndədir
. Qış fasiləsinə qədər xallarımızın sayını artırmaq üçün çalışırıq. “Sumqayıt”la matçda qalib gəlmək üçün hər şey edəcəyik”.
Dekabrın 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 18:00-da başlayacaq.
HƏBİB