COP29

Samir Abasov “Qarabağ”la “Sumqayıt” arasında seçim etdi

8 Dekabr 2024 14:00 Neftçi 2 175
Samir Abasov “Qarabağ”la “Sumqayıt” arasında seçim etdi

Samir Abasov üçün “Neftçi”ni “Qarabağ”la oyuna çıxarmaq “Sumqayıt”la qarşılaşmaya hazırlamaq qədər çətindir.

Ağdam təmsilçisi ilə duellərin illərə söykənən prinsipiallığı var. “Kəpəz” əvvəlki əzəmətini itirəndən, “Xəzər Lənkəran” tarixin yaddaşına qovuşandan sonra “ağ-qaralar” üçün əsas rəqib “Qarabağ” sayılır.

Sumqayıt və “Sumqayıt” adlarının Abasov üçün hansı məna kəsb etdiyinə geniş izah vermək artıqdır.

Biri anadan olub, böyüdüyü, futbolda ilk addımlarını atdığı şəhər, digəri məşqçi kimi özünü futbol ictimaiyyətinə tanıtmağa başladığı klub.

Bəs, Samir bəy üçün rəqib olaraq “Qarabağ”la “Sumqaytt” arasında seçim etmək nə dərəcədə çətindir? Onun üçün baş məşqçi qismində “Neftçi”ni ağdamlılara qarşı hazırlamaq çətinlik yaradır, yoxsa “Sumqayıt”a qarşı?

“Difai” üzərində qazanılan parlaq qələbədən sonra bəndənizin sualını cavablandıran 46 yaşlı mütəxəssis düşünmədən “Qarabağ”ın adını çəkib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti