“O, “Neftçi”də qalsa, mütləq yaxşı nəticələr olacaq - Nə istədiyini bilir”

6 Dekabr 2024 20:40 Neftçi 2 212
“O, “Neftçi”də qalsa, mütləq yaxşı nəticələr olacaq - Nə istədiyini bilir”

Samir Abasovun gəlişindən sonra “Neftçi”nin nəticələrində ciddi irəliləyiş müşahidə olumnasa da, oyun planında canlanma açıq-aşkar görünür.

“Ağ-qaralar” əvvəlki kimi ruhsuz və vecsiz deyil.

Meydanda mübarizə aparan, nə istədiyini bilən futbolçular və ən əsası, oyun sistemi var.

“Neftçi” bu cür davam etsə, ən yaxın zamanda uğurlu nəticələr əldə olunacaq.

Komandanın əsas simalarından olan braziliyalı müdafiəçi Yuri Matias Sportinfo.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini dilə gətirib:

“Bilirəm, turnir cədvəlindəki yerimiz ürəkaçan deyil. Ancaq fərqi aradan qaldırmaq çətin də olsa, mümkündür.

Üstəlik, ölkə kubokunda mübarizə aparırıq. İnanıram ki, hədəfə bu il də çatacağıq.

Çempionatda olmasa da, kubokda uğur qazanmaqla azarkeşlərimizi sevindirəcəyik. Bunun üçün potensialımız var.

Samir Abasov mübariz və xarakterli insandır. Ən əsası, nə istədiyini bilir.

“Neftçi”də qalsa, ən pis halda gələn mövsüm mütləq yaxşı nəticələr olacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş