“Nəinki “Neftçi”, heç bir komanda “Qarabağ”la rəqabət aparacaq səviyyədə deyil”

7 Dekabr 2024 01:00 Neftçi 689
“Nəinki “Neftçi”, heç bir komanda “Qarabağ”la rəqabət aparacaq səviyyədə deyil”

“Neftçi”nin sabiq hücumçusu Melvin Platye keçmiş komandasının çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolinfo.az-a açıqlamasında Bakı klubunun uğursuz nəticələr göstərməsini özü üçün sürpriz hesab edib.

35 yaşlı forvard “Neftçi”nin çempionluq uğrunda mübarizə aparmalı olduğunu söyləyib: “Neftçi”nin son illərdəki çıxışı qənaətbəxş deyil.

Halbuki mən bu komanda barədə fərqli düşünürdüm. Çünki klubun yaxşı büdcəsi var. Qarşıya da həmişə titul qazanmaq hədəfi qoyulub.

Hesab edirdim ki, “Neftçi” zaman keçdikcə “Qarabağ” səviyyəsinə yüksələcək. Ancaq hələ də “Qarabağ” təkbaşına Azərbaycan çempionatına hegemonluq edir.

Düzdür, çempionatınızı müntəzəm izləmirəm. Amma gördüyüm qədərilə deyə bilərəm ki, nəinki “Neftçi”, heç bir komanda “Qarabağ”la rəqabət aparacaq səviyyədə deyil”.

Melvin Platye 2013-2014 mövsümündə “Neftçi”nin formasını geyinib. “Ağ-qaralar” Misli Premyer Liqasında 15 turdan sonra 13 xalla 8-ci pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş