“Neftçi”dən: “Dedim ki, sənin burada nə işin var?” - Səs-küylü davanın təfərrüatı: VİDEO

5 Dekabr 2024 20:00 Neftçi 1 894
“Neftçi”dən: “Dedim ki, sənin burada nə işin var?” - Səs-küylü davanın təfərrüatı: VİDEO

“Medina xətrini istədiyim, yaxşı münasibətdə olduğum futbolçudur”.

“Neftçi”nin fmüdafiəçisi Yuri Matias Sportinfo.az-a “Qarabağ”lı həmkarı Kevin Medina ilə yaşadığı münaqişə barədə məlumat verib.

“Neftçi Arena”da baş tutan prinsipial görüşdə ağdamlılar 3:0 hesabı ilə qələbə qazanandan sonra ara qızışdı, məzhəb itdi.

Hadisələrin episentrində Kevinlə Yuri idi. Braziliyalı komanda yoldaşı Höccət Haqverdini qorumaq üçün “Qarabağ”ın kolumbiyalısının üzərinə gedib onunla nəyisə aydınlaşdırmağa çalışırdı.

Matias Medina ilə aralarında yaşanan dialoq haqda danışıb:

“Höccətlə aralarında problem yaranmışdı, mən də aranı sakitləşdirməyə çalışırdım. Kevinə dedim ki, udmusunuz, lap yaxşı, get qələbəni komanda yoldaşlarınla qeyd et, bizim texniki zonada nə işin var?

Meydanda olan orada qalmalıdır. Matç başa çatandan sonra artıq-əskik hərəkət etməyə gərək yoxdur.

Medinanın mənə nə dediyi, bundan sonra necə münasibət göstərəcəyi önəmli deyil. Əsas odur ki, mən və biz o anda komanda yoldaşımızın yanında olduq”.

HƏBİB

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti