"Neftçi"nin baş məşqçisi: "Bu gün buna ehtiyacımız var"

4 Dekabr 2024 23:20 Neftçi 1 075
"Neftçi"nin baş məşqçisi: "Bu gün buna ehtiyacımız var"

"Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Difai"yə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

"Difai"yə 6:0 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib. Mütəxəssis böyükhesablı qələbəyə görə futbolçularına təşəkkür edib:

“Futbolçulara təşəkkür edirəm. Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir.

Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var.

Rəqibin I Liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq.

Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM