Portuqaliyalı “Qarabağ”ın adını eşidincə: “Biz ”Neftçi”yik”

1 Dekabr 2024 17:45 Neftçi 988
Portuqaliyalı “Qarabağ”ın adını eşidincə: “Biz ”Neftçi”yik”

“Zirə”ylə matçdakı kimi oynasaq, yaxşı nəticə qazana bilərik”.

“Neftçi”nin futbolçusu Rafel Quzzo Sportinfo.az-a qarşıdakı görüşlə bağlı açıqlama verib.

“Ağ-qaralar” Premyer Liqanın 15-ci turu çərçivəsində əzəli və əbədi rəqibi “Qarabağ”la qarşılaşacaq. “Neftçi Arena”da baç tutacaq görüşdə meydan sahiblərinin mümkün qalibiyyəti turnir cədvəlində canlanma yarada bilər.

Portuqaliyalı yarımmüdafiəçi qələbə istəyindən söz açıb:

“Hər oyuna qələbə istəyi ilə çıxırıq. “Qarabağ”a qarşı da elə olacaq. Əsas hədəf 3 xaldır və bunun üçün əlimizdən gələni edəcəyik.

Rəqibin adı “Qarabağ”dırsa, asan olmayacağı dəqiqdir. Ancaq biz də “Neftçi”yik.

Öz meydanımızda, doğma azarkeşlərimizin qarşısında oynayacağıq. Bu üstünlükdən maksimum yararlanmalıyıq.

İntriqalı oyun olacaq. Ümid edirəm ki, yekunda biz sevinəcəyik”.

Bu gün “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Qarabağ” duelinin start fiti saat 19:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da