
«Neftçi» Ramil Şeydayevdən canını qurtarmaq üçün növbəti cəhdini edib.
Samir Abasovun növbəti mövsüm xidmətində maraqlı olmadığı hücumçuya yeni təklif irəli sürülüb.
O, istədiyi komandaya icarəyə gedə bilər: «ağ-qaralar» millinin üzvünün orada almaq istədiyi maaşın bir hissəsini ödəməyə hazırdır.
Yəni ki, təklif maddi cəhətdən Ramili qane etməsə, onun «üstünü düzəltməyə» razıdırlar.
Şeydayev ötən ilin yayında «Kocaelispor»dan «Neftçi»yə gəlib. Tərəflər arasında bağlanmış müqavilə 3 illikdir.
29 yaşlı ön xətt oyunçusu iok sezonunda «Neftçi»sevərləri sevindirə bilmədi.
Roman Qriqorçukun təkidi ilə komandaya cəlb olunan forvard Premyer Liqada cəmi 3 qol vurmaqla yadda qaldı.
Ramil paytaxt təmsilçisinin ən yüksəködənişli iki yerli simasından biridir. İllik əməkhaqqısı 550 min dollardır və bu göstəricidə yalnız Emin Mahmudovdan geri qalır.
SPORTİNFO.AZ