
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov kavryerasını Premyer Liqada davam etdirə bilər.
“Neftçi“ adını çəkdiyimiz forvardla danışıqlara başlayıb.
Bakılılar 26 yaşlı ön xətt oyunçusuna 2 illik müqavilə təklif edib. Hazırda tərəflər arasında maliyyə şərtləri müzakirə olunur.
“Ağ-qaralar“ı qayğılandıran məqam da bununla əlaqədardır. Belə ki, yığmamızın üzvü pul məsələsində çox “yuxarıdan biçir“.“Ayntraxt“ın (Frankfurt) yetirməsinin ürəyindən keçən illik məbləğ 300 min avrodur.
O, son olaraq Polşada “Radomyak”ın formasını geyinib. Yerli klub ötən mövsümün ikinci yarısında xidmətindən yararlandığı hücumçu ilə müqavilə müddətini artırmayıb.
Bununla belə, Renat Ekstraklasanın digər təmsilçisi “Motor”un (Lublin) diqqət mərkəzinə düşüb. Onun "Hayduk"un (Split) da maraq dairəsində olduğu bildirilir.
SPORTİNFO.AZ