"Qardaşımı istəməyənlər indi mənə deyir, onun kimi “Neftçi”də düz işləyən olmayıb"

30 Noyabr 2021 13:40 Neftçi 1 169
"Qardaşımı istəməyənlər indi mənə deyir, onun kimi “Neftçi”də düz işləyən olmayıb"

Çimərlik futbolu üzrə milli komandamızın üzvü Renat Sultanov qardaşı Ceyhun Sultanov haqda şəxsi "facebook" səhifəsində paylaşıb edib.

Sportinfo.az xəbər verir ki, Renat “Neftçi”nin uğursuz çıxışına toxunaraq, onun paytaxt klubundakı işini xatırladıb:

"Bir vaxtlar işinə görə qardaşım Ceyhun Sultanovu tənqid edənlər, istəməyənlər indi mənə deyir ki, onun kimi “Neftçi”də düzgün işləyən heç kim olmayıb.

Ancaq sonrakı peşmançılıq fayda vermir. Gördüyünüz işə qiymət verin, kənar söhbətlərə yox. Məsləhətim budur.

Futbol aləmində futbolda hər şey nail olmuş, futbolçu kimi futbolu bilən futbol adamı olan, karyera qurub futbol aləminə düzgün işləyən insanı bəyənməyib, tənqid edənlər indi peşmançılıq çəkir.

Çünki qardaşım olmasına baxmayaraq, həm efirdə, həm reallıqda düzünü deyən əqidəli insan olub. Bəzilərinə çox təəssüf edirəm ki, qınayıb, sonradan səhvlərini başa düşür".

Digər Xəbərlər
Xəbər Lenti