
Növbəti mövsümü «Neftçi»də keçirəcək legionerlərin kimliyinə tədricən aydınlıq gəlməkdədir.
Onlardan biri də müqaviləsi bitmək üzrə olan Ervin Koffidir.
Fransalı müdafiəçi Samir Abasovun yeni planlarında özünə yer edə bilib. Baş məşqçi 30 yaşlı əcnəbi ilə yola davam etmək niyyətində olması barədə rəhbərliyi məlumatlandırıb.
Ötən ilin oktyabrında komandanın sükanı arxasına qayıtmış mütəxəssisin fikrincə, əksər legionerlərdən fərqli olaraq, Koffi meydana çıxdığı hər oyunda var qüvvəsiylə mübarizə aparır, ayaqlarını arxasınca sürümür.
2023-cü ilin iyulunda Azərbaycana təşrif buyurmuş Ervinlə sözləşmənin daha 2 il uzadılması gözlənilir.
Sağ cinah müdafiəçisi Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Yunanıstanın “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib.
Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 millisinin heyətində 1 oyun keçirib.
SPORTİNFO.AZ