"Neftçi"li legionerin problemi var, məşqə çıxmadı - FOTOREPORTAJ

23 Oktyabr 2021 11:00 Neftçi 1 211
"Neftçi"li legionerin problemi var, məşqə çıxmadı - FOTOREPORTAJ

"Neftçi" "Zirə"yə qarşı keçirəcəyi Premyer Liqanın VIII tur matçının hazırlığını başa vurub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, birgünlük fasilədən sonra oktyabrın 20-də hazırlığı bərpa edən "ağ-qaralar" son məşqə çıxıb.

"Qəbələ" ilə yoxlama görüşündə (1:1) zədələnən Xorxe Korreadan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Bu gün "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Zirə" qarşılaşması saat 18:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti