
«Neftçi»nin İqor Ribeyro ilə anlaşmasını xəbər vermişdik.
Braziliyalı müdafiəçinin yeni klubunda nə qədər pul qazanacağı da artıq bizə məlumdur.
«Sambaçı» paytaxt təmsilçisindən illik 380 min dollar alacaq. Bu isə onun «Araz-Naxçıvan»da qazandığı məbləğdən az qala iki dəfə çoxdur.
28 yaşlı legioner minimum qarşıdakı iki mövsümdə ağ-qara formanı geyinəcək. Cənubi amerikalının çıxışı qaneedici olarsa, sözləşməsi daha 1 il uzadılacaq.
«Qarabağ»ın da xidmətinə maraq göstərdiyi Ribeyro ötən ilin yayından bəri «Araz-Naxçıvan»ın formasını geyinib. O, bu ilin əvvəlində kontraktını 1,5 illik uzatmışdı.
Bu sövdələşməyə əsasən, «sambaçı»nın əməkhaqqısı 15 min dollara çatdırılmışdı. Ribeyronun keçidi klub rəhbərləri səviyyəsində həll olunub.
Tərəflər arasında razılaşmaya görə, braziliyalı «Neftçi»nin düşərgəsinə bir qədər gec qoşulacaq. Mərkəz oyunçusu ilk dəfə avrokuboklarda mübarizə aparacaq «Araz»a yardımçı olacaq.
Onun adının Konfrans Liqasının iştirak ərizəsinə salınması nəzərdə tutulub.
SPORTİNFO.AZ