“Neftçi”də qalacağını demədi, çünki…

18 Sentyabr 2021 10:40 Neftçi 1 568
“Neftçi”də qalacağını demədi, çünki…

“Neftçi”nin legioneri Sabir Buqrin mövsümün sonunda komandadan gedəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Mərakeşli yarımmüdafiəçi gələcəyi barədə konkret söz söyləməyib:

"Hələlik mövsümün sonunadək "Neftçi" ilə müqaviləm qüvvədədir. Bütün düşüncələrim, fikirlərim bu kollektivlə bağlıdır.

Bu mövsüm də komanda ilə birlikdə çempion olmaq üçün əlimdən gələni edəcəm. Gələcək haqqında danışmağı isə o qədər də xoşlamıram".

Məsələ ondadır ki, ərəb futbolçu “Neftçi” ilə müqaviləni uzatmaqdan imtina edib. Yarımmüdafiəçi gələn ilin yayında bitəcək kontraktı yeniləmək istəməyib.

Baxmayaraq ki, sözləşməsinin müddətini daha 2 il artırmaq müqabilində ona daha çox qazanc vəd olunub. Maaş artımı ilə barəbər.

Yaxınlarda Mərakeş yığmasının seleksiya toplanışına dəvət alan Buqrin digər təklifləri dəyərləndirəcəyini bildirib. Onun müştəriləri kifayət qədərdir. İstər Avropadan, istərsə də Asiyadan.

Birləşmiş Ərəb Əmirliklərinin 2-3 klubu Sabirin adınıı transfer siyahısına daxil edib. Həmçinin Türkiyədən «Antalyaspor»

Bakıda ayına 7 min dollar qazanan legionerin xidmətində maraqlıdır. Azərbaycana gələnə kimi Lüksemburqda «Dudelanj»ın formasını geyinən Buqrinə vaxtilə çıxış etdiyi Belçika çempionatından da maraq az deyil.

Bundan sonra hara getsə, qiyməti üstündədir: istədiyi məbləği ona ödəyəcəklər. Bu mənada, «Neftçi» ilə müqaviləni yeniləmək Buqrinə bir o qədər maraqlı gəlmir.

Digər tərəfdən, Premyer Liqanın səviyyəsi yarımmüdafiəçini qane etmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!