“Neftçi” ona, o da “Neftçi”yə jest etdi!

12:40 Neftçi 1 822
“Neftçi” ona, o da “Neftçi”yə jest etdi!

“Neftçi” Emil Balayevlə yeni müqavilə bağlayıb.

Klubun mətbuat xidməti saytımızın dünən yaydığı məlumatı bu gün təsdiqləyib.

Anlaşmaya görə, o, 2026-cı ilin yayınadək “ağ-qara” formanı geyinəcək.

“Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illərdə də paytaxt təmsilçisinin qapısını qorumuş Balayev 2023-cü ilin yayından yenidən bu komandada oynayır.
Millinin heyətində 14 oyun keçirmiş Emilin buradan ayrılacağı gözlənilirdi.

2023-cü ilin yayında Rusiyada keçirilən turnirdə ağır zədə alan, bu səbəbdən yaşıl meydanlara dönüşü uzun zaman alan kiper əsas heyətdə yerini təmin edə bilmədi, Rza Cəfərovun kölgəsində qaldı.

İndi isə Samir Abasov sərəncamında bir «əlcək sahibi» də görmək niyyətindədir, o da əcnəbi.

Balayev ona yeni sözləşmə təklif edən klub funksionerlərinin jestinə eyni cür qarşılıq verib. Əvvəlkindən az maaş müqabilində müqaviləsini 1 illik uzadıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti