
"Neftçi"nin Takuto Oshimanın xidmətində maraqlı olmasından xəbərdarsız.
Paytaxt klubu adıçəkilən yaponiyalı üçün klubuna rəsmi təklif göndərib.
Tərəflər arasında razılıq əldə olunsa, asiyalı "Neftçi"nin şərəfini qoruyacaq.
27 yaşlı legioner Rumıniya təmsilçisi "Universitate Krayova"da forma geyinir.
Bu mövsüm meydana çıxdığı 39 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Dayaq yarımmüdafiəçisi Rumıniyadan əvvəl Polşa və Slovakiyada da legioner həyatı yaşayıb.
Rumıniyanın "Fanatik" nəşrinin məlumatına görə, 27 yaşlı yaponiyalının transferi ilə bağlı tərəflər arasında danışıqlar gedir.
"Universitate Krayova"nın Oshima üçün istədiyi məbləğin ümumilikdə 500 min avro təşkil etdiyi bildirilir. Onun Avropanın digər klublarından da təkliflər aldığı barədə məlumat yayılıb.
Bu transferlə bağlı saytımız yeni məlumat əldə edib. Bakılılar dayaq və mərkəz yarımmüdafiəçisi mövqelərində oynayan yapona görə əvvəlcə 150 min avro təzminat təklif edib.
Rumınlar bu rəqəmi yaxına buraxmadığından, məbləğ daha 50 min avro artırılıb. Hələlik hansısa razılaşmadan danışmaq tezdir.
Görünən odur ki, danışıqlar bir qədər uzanacaq. Amma rumın mətbuatının yazdığı 500 min avroluq tələbdən söhbət getmir. Söhbət 300 minlik istəkdən gedir.
SPORTİNFO.AZ