"Neftçi" Qoran Pandevi transfer etməyə hazırlaşır? - AÇIQLAMA

8 İyul 2021 22:20 Neftçi 4 304
"Neftçi" Qoran Pandevi transfer etməyə hazırlaşır? - AÇIQLAMA

Son günlər Şimali Makedoniya millisinin kapitanı Qoran Pandevin adı "Neftçi" ilə hallanır.

Görəsən, həqiqətənmi məşhur futbolçunun ölkəmizə gəlmək ehtimalı var?

Sualımıza cavab olaraq, "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Pandevlə bağlı yayılan belə xəbər tamamilə yanlışdır. Onunla heç bir danışıq aparılmayıb. Ümumiyyətlə, Pandev "Neftçi"nin marağında olmayıb".

"Napoli", "İnter" və "Qalatasaray" kimi böyük klubların şərəfini qorumuş 37 yaşlı hücumçu son mövsümü İtaliyanın "Genoa" klubunda keçirib.

Qoran Pandev Şimali Makedoniya millisində 122 oyun keçirib və 39 qol vurmağı bacarıb. O, hazırda azad agent statusu daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!