
Millinin sabiq qapıçısı Emil Balayevin gələn mövsümə harada başlayacağı dəqiqləşib.
Son iki ili «Neftçi»də keçirən kiper «ağ-qaralar»ın yeni müqavilə təklfiini qəbul edib.
O. paytaxt təmsilçisi ilə sözləşməsinin müddətini 1 illik uzadıb. Tərəflər arasında razılaşmaya əsasən, kontrakt gələn ilin yayında növbəti dəfə yenilənə bilər.
Beləcə, Emil Balayev anlaşması bitən yerli futbolçular arasında burada qalacağı netləşən ilk sima olub.
«Neftçi» geridə qoyduğumuz günlər ərzində 12 nəfərlə vidalaşıb.
Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi və Filip Ozobiçlə yollar ayrılıb.
SPORTİNFO.AZ