“Neftçi” uzun müddət danışıqlar apardı, nəhayət, bu legionerlə anlaşdı - SON DƏQİQƏ

7 Mart 21:00 Neftçi 4 617
“Neftçi” uzun müddət danışıqlar apardı, nəhayət, bu legionerlə anlaşdı - SON DƏQİQƏ

«Neftçi»nin yayda heyətinə qatacağı ilk futbolçu dəqiqləşib.

Bu ilin yanvarında “Sumqayıt”dan ayrılan Cordan Rezabala 3 ay sonra yenidən Azərbaycana dönəcək.

Əldə etdiyimiz son dəqiqə məlumatına görə, bakılılar ekvadorlu yarımmüdafiəçi ilə təkrar danışıqlar masası arxasına əyləşib və bu dəfə razılığını ala bilib.

O, hələlik karyerasını Meksikada davam etdirəcək. 25 yaşlı hücumameyilli oyunçu II Liqa təmsilçisi “Dorados de Sinaloa”ya keçib.

Cordan Sinaloa komandası ilə 4 aylıq icarə müqaviləsi imzalayıb. Ekvadorlu vaxtilə çıxış etdiyi ölkəyə budəfəki dönüşündə aylıq 8000 dollara sahiblənəcək.

Rezabala müqavilə ilə «Quayaquil Siti»yə məxsusdur. Onların “Dorados de Sinaloa” rəhbərliyi ilə sıx münasibətləri var. Bu anlaşma da iki klub arasında yaxınlığın nəticəsində gerçəkləşib.

“Dorados de Sinaloa” başbilənləri transfer dəyəri təxminən yarım milyon avro olan pleymeykerə böyük ümidlər bəsləyir və onun liderliyi ilə komandanın yüksək liqaya vəsiqə qazanacağına inanır.

Cordan Rezabala 2024-cü ilin fevralından ötən aya qədər “Sumqayıt”ın formasını geyinib. Həmin müddətdə keçirdiyi 20 rəsmi matçda 3 qol və 3 assistlə yadda qalıb.

”Kimyaçılar” ona 2 illik yeni kontraktla tanış eləyib və əgər razılaşsaydı, hər ayına 10 min dollar civarında pul qazanacaqdı.

Samir Abasov isə cənubi amerikalını ”Neftçi”yə aparmaq istəyirdi. Ağ-qara formanı geyinmək təklifini geri çevirməsəydi, daha çox irəli düşəcəkdi - aylıq 15 min dollar.”

Ağ-qaralar”ın baş məşqçisi ”Sumqayıt”da rəhbərliyi altında oynamış legionerə növbəti illər üçün bundan da artıq pul vəd vermişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti