
Bu yay «Neftçi»dən ayrılan Boqdan-Kornel Merişanunun hara üz tutması bilinib.
Fiziki hazırlıq üzrə mütəxəssis Polşadan gələn təklifi qəbul edib.
O, «Legiya» ilə 1+1 illik müqavilə imzalayıb.
Bakılılar Samir Abasovun istəyi ilə rumıniyalının müqavilə müddətini iyulda uzatmayb.
İlk dəfə 2021-ci ildə Lorentsio Regekampf tərəfindən «Neftçi»yə dəvət olunmuş Mureşanu 1 il sonra yola salınmış, bir daha 2025-ci ilin əvvəlində geri qaytarılmışdı.
SPORTİNFO.AZ