
«Neftçi»nin yeni transfer hədəfi məlum olub.
Bu mövsüm avrokuboklara vəsiqə qazana bilməyən paytaxt təmsilçisi Brahim Konateni sıralarına qatmaq niyyətindədir.
«Ağ-qaralar» artıq «Şamaxı»nın legioneri ilə danışıqlara başlayıb. Bakılıların nümayəndələri artıq fransalı yarımmüdafiəçi ilə bir neçə görüş keçirib.
«Neftçi» Premyer Liqada keçirdiyi debüt mövsümündə 9 qol vuran 29 yaşlı Konateyə 2 illik müqavilə təklif edib.
SPORTİNFO.AZ