
«Neftçi» əsas komandaya cəlb olunan gənc futbolçuların heç biri ilə vidalaşmayacaq.
Bu barədə paytaxt klubundan saytımıza bildirilib.
Redaksiyamıza verilən informasiyaya görə, bu, Samir Abasovun qərarıdır.
Gələn mövsümdən legioner limiti ləğv olunacaq, bununla belə, baş məşqçi düşərgədə yer alan cavanların xidmətində maraqlı olması barədə rəhbərliyi məlumatlandırıb.
Mütəxəssis onların icarəyə göndərilməsini və ya birdəfəlik satılmasını məqsədəuyğun saymayıb.
Abasov gələn sezonda da Murad Məmmədov və Ağadadaş Salyanski kimi yeni nəsil nümayəndələinə şans tanıyacağını söyləyib. Odur ki, «ağ-qaralar» digər klublardan gələn analoji təkliflərin hamısını geri çevirib.
SPORTİNFO.AZ