Abasov tərəddüdə düşdü, “Neftçi“ yenə nigeriyalı transferinə döndü

16 Yanvar 2021 11:40 Neftçi 1 277
Abasov tərəddüdə düşdü, “Neftçi“ yenə nigeriyalı transferinə döndü

«Neftçi»nin baş məşqçisi Samir Abasov yeni hücumçu transferində tərəddüdə düşüb.

Sportinfo.az-ın məlumatıına görə, hələ «Sumqayıt»da və «Zirə»də işlədiyi vaxt yanlış seçimləri ilə diqqət mərkəzinə düşən çalışdırıcı növbəti dəfə yanlış qərar verməkdən çəkinir.

Komandanıın sükançısı ona təklif olunan legionerlərdən heç birini bəyənməyib. Daha dəqiq desək, Abasov izləməyə aldığı forvardlardan biri haqda da «bu, 100 faiz bizə kömək edər, alaq» söyləməyib.

Özbəkistan millisinin və "Nasaf"ın hücumçusu Bobur Abdixalikovdan sonra Albaniya “Partizani”sindən Teofilus Solomonu maliyyə şərtlərindən dolayı heyətinə qatmağa çətinlik çəkən bakılıılar yenidən Ceyms Adeniyeyə dönüb.

“Qəbələ“nin nigeriyalı hücumçusunu “Hapoel“ə (Kiryat-Şimona) sata bilməməsi “ağ-qaralar“ı bir qədər ürəkləndirib. Onlar İsrailə yolu bağlanan afrikalınıı indi nisbətən daha az məbləğə sıralarına qata biləcəklərini gözləyirlər.

Əyalət təmsilçisi danışıqlar prosesinin ilkin mərhələsində qarşı tərəfdən 100 min dollar tələb etmişdisə, “Neftçi“ hazırda bu rəqəmin 60-70 minə qədər enəcəyini təxmin edir.

Digər Xəbərlər
Xəbər Lenti