Çempionatın yeni komandasına lazım olmadılar - 3 legioner və 3 yerli

30 İyun 2025 01:00 Hadisə 735
Çempionatın yeni komandasına lazım olmadılar - 3 legioner və 3 yerli

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "İmişli" 6 futbolçu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike və Xəyal Tomarovla başa çatan müqavilə müddəti artırılmayıb.

"İmişli" daha öncə Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla da yollarını ayırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti