Mahir daha bir qol vurdu, “Kayzerslautern” 10:0 uddu

30 İyun 2025 00:30 Bizimkilər 1 388
Mahir daha bir qol vurdu, “Kayzerslautern” 10:0 uddu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Almaniyanın “Hermersberq” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub.

Emreli əsas heyətdə yer alıb. O, komandasının 6-cı qolunu vurub.

Matçın yekun nəticəsi isə 10:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.

Bu, “Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ikinci oyunu olub. Almanların ilk oyunu isə Lüksemburqun "Saar" komandasına qarşı olub. Mahir həmin görüşdə də 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu