Rəşad Sadıqov yığmanı çalışdırmağa razılıq verdimi?

7 Mart 2020 13:12 Milli komanda 1 466
Rəşad Sadıqov yığmanı çalışdırmağa razılıq verdimi?

Yığmanın baş məşqçisi postu 3 aya yaxındır boş qalıb. Bu müddətdə bir çox məşqçinin adı milli ilə yanaşı hallandı və bu gün də hallanmaqdadır.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yanvarın 28-də keçirilən Hesabat Konfransından sonra təşkil olunan mətbuat konfransında media nümayəndələrinə boş qalan posta 32 əcnəbi məşqçinin namizəd olduğunu, qısa vaxtda onlardan biri ilə danışıqlar masası arxasına oturacaqlarını söyləmişdi.

Artıq həmin mətbuat konfransının üstündən 1 aydan çox vaxt keçib. Geridə qalan müddətdə ortaya “yığmaya yerli məşqçi rəhbərlik etməlidi” mövzusu da atıldı, bu yöndə qızğın müzakirələr də getdi.

Hün hansısa əcnəbi mütəxəssisin Azərbaycana gələcəyi ilə bağlı söz-söhbət yayıldı. Sanki Elxan Məmmədov bilərəkdən bu addımı atmaqla ictimaiyyətin nəbzini yoxlmaq istəyir, cəmiyyətdə ortaq fikri müəyyənləşdirir.

Ancaq görünən odur ki, hələ də AFFA rəhbərliyi millinin “sükan”ını kimə etibar edəcəyi ilə bağlı qərar verməyib. Bəlkə də qərar verilib, sadəcə, ictimaiyyətə açıqlanmır.

Mətbuatda yayılan son xəbərlərə görə, rəsmilər yeni başlayacaq Millətlər Liqasında çıxış edəcək komandanın baş məşqçisi postuna yerli çalışdırıcı dəvət edəcək. Nikola Yurçeviçin dönəmində onun köməkçisi olmuş Arif Əsədov müvəqqəti baş məşqçi funksiyasını yerinə yetirəcək.

Arif bəy Amsterdama yollanıb ki, Millətlər Liqasının püşkatma mərasimində iştirak etsin. Yığmaya martın sonunda Maltada keçiriləcək toplanışda da Əsədov rəhbərlik edəcək.

Daha sonra… AFFA millini Rəşad Sadıqova tapşırmaq istəyir. Bunun üçün o, mayda futbolçu karyerasını başa vurmalıdır. «Qarabağ»ın kapitanı 39 yaşında bu addımı atmağı zatən planlaşdırır. Sadəcə, AFFA iyundan sonra yığmanın sükanı arxasında onu görmək istədiyini Sadıqova elan edib.

Düzdür, bəzi mətbu orqanlar Sadıqovun artıq təkliflə razılaşdığını iddia eləyir, lakin Sportinfo.az-da olan məlumata görə, o, hələ qəti qərarını verməyib. Daha dəqiq desək, Ağdam klubunun «Pro» kateqoriyalı lideri gözləmə mövqeyindədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!