Eddi İsrafilov 3 illik həbs oluna bilər! - Seks qalmaqalı

5 Dekabr 2019 10:32 Milli komanda 1 255
Eddi İsrafilov 3 illik həbs oluna bilər! - Seks qalmaqalı

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb futbolçunun "Eybar"da çıxış edən vaxt komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual xarakterli videonu yaymasıdır.

Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onlar buna məhəl qoymayıb, hətta digər şəxslərə də yayıblar. Videonu yayanlardan biri də məhz İsrafilov olub. Bununla bağlı araşdırma artıq yekunlaşıb.

Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. İttiham olunan şəxslərin vəkillərinə işlə tanış olmaq üçün 10 gün vaxt verilib. Prokurorluq Enriç və Lunaya 5, İsrafilova isə 2 müddətinə azadlıqdan məhrum edilmə cəzası istəyib. Lakin xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb olunub.

2015-ci ildən Azərbaycan millisinə çağırılan Eddi İsrafilov hazırda ikinci Liqada "Albasete"nin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti