17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.
“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən oyunda qapılara qol vurulmayıb - 0:0
Litva (U-17) – Azərbaycan (U-17) 0:0
Baş hakim: Ozan Ergün (Türkiyə)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Malta ilə 1:1 hesablı heç-heçə edib. Yığma hazırda 2 xalla 4 komanda arasında 2-ci yerdədir. Litva 4 xalla liderdir.


