Udsalar, mükafat olacaq, amma… "İndi bunu düşünməyə dəyməz"

15:15 Milli komanda 97
Udsalar, mükafat olacaq, amma… "İndi bunu düşünməyə dəyməz"

Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində ilk oyununa bu gün çıxacaq.

Komandamız Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.

Millimiz martın 30-da eyni arenada Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.

Ayxan Abbasov baş məşqçisi olduğu kollektivə böyük miqdarda pul mükafatı vəd edildiyi barədə yayılan xəbərləri təkzib edib.

O, Sportinfo.az-a açıqlamasında deyib:

"Bizim məqsədimiz hər oyunda yaxşı və əzmkar təsir bağışlayıb, nəticə qazanmaqdır. Hamımız - AFFA rəhbərliyi, məşqçilər və futbolçular bunun üçün çalışırıq.

Millidə heç kim pul haqda fikirləşmir. Mükafai söhbəti olmayıb.

Amma futbolçular bilir ki, onların çəkdiyi əziyyət federasiya tərəfindən həmişə qiymətləndirilir. İndi bunu düşünməyə dəyməz.

Əsas azarkeşləri sevindirməkdir. Bir neçə ay sonra Millətlər Liqası başlayacaq.

"FIFA Series - 2026" turniri ora hazırlaşmaq baxımından əhəmiyyətlidir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti