“Məqsədim millidə olmaqdır, burada zəif futbolçu və zəif komanda yoxdur”

15:40 Milli komanda 120
“Məqsədim millidə olmaqdır, burada zəif futbolçu və zəif komanda yoxdur”

“Məqsədim millidə olmaq və komandaya müsbət nəticələr qazandırmaqdır.

Yaxşı formamı qoruyub, özümü ən yaxşı şəkildə göstərmək və maksimum fayda vermək istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə deyib.

25 yaşlı ön xətt oyunçusu “FIFA Series – 2026” turnirinə hazırlıqlardan söz açıb:

“Hər şey yaxşı gedir. Qarşıdakı bütün oyunlarda qələbə qazanmağı hədəfləmişik.

Yaxşı formadayam və növbəti matçlara daha inamlı çıxmaq üçün özümə güvənim artıb.

Milli komandalar səviyyəsində zəif futbolçu və ya zəif komanda olmur. Ona görə də hər oyuna maksimum hazırlıqlı və motivasiyalı çıxmaq lazımdır.

Belə olanda bu cür rəqiblərə qarşı qalib gəlmək mümkündür”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti