21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Portuqaliya Bakıda yığması ilə qarşılaşıb.
8-ci kilometr qəsəbə stadionunda keçirilən görüşdə Portuqaliya millisi 4 cavabsız qolla qalib gəlib.
Azərbaycan millisi bu nəticədən sonra B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadır.
Portuqaliya isə 16 xalla birinci pillədə qərarlaşıb.
15:00 Azərbaycan U-21 – Portuqaliya U-21 0:4
Qollar: Moreyra, 51, Parente,54, Şermiti, 67, Simoes, 76
Baş hakim: Xristos Vergetis (Yunanıstan)
Bakı, 8-ci km qəsəbə stadionu
Azərbaycan: 22. Xəyal Fərzullayev, 15. Raul Məmmədov, 2. Eşqin Əhmədov, 5. Emin Rüstəmov (k), 3. Rüfət Abbasov, 20. Şahin Şahniyarov, 7. Murad Məmmədov, 19. Əkbər Eyubov, 18. Oruc Məmmədov, 10. Edqar Ədilxanov, 11. Nahid Əliyev


