Millinin gəncləri tək qaldı - Nə azarkeşləri gəldi, nə də jurnalistləri

11:05 Milli komanda 182
Millinin gəncləri tək qaldı - Nə azarkeşləri gəldi, nə də jurnalistləri

Azərbaycanın U-21 millisi martın 27-də Portuqaliya seçməsini qonaq edəcək.

Qonaq komanda paytaxtımıza matçdan iki gün əvvəl təşrif buyurub.

Portuqaliyanın gənclər yığması paytaxtımızın sayılıb-seçilən məkanlarından olan “Hilton”da məskunlaşıb.

Maraqlıdır ki, portuqaliyalı həmkarlarımız səfər görüşü üçün akkreditasiyadan keçməyib.

Matçı portuqaliyalı fanatların izləməyəcəyini də deyə bilərik. Çünki qonaq tribuna ilə bağlı AFFA-ya məlumat daxil olmayıb.

Maraq üçün bildirək ki, Portuqaliya millisinin baş məşqçisi Luis Freyre azərbaycanlı jurnalistlər üçün mətbuat konfransından imtina edib. Bu azmış kimi, oyunöncəsi məşqin ilk 15 dəqiqəsində qapıları media mənsubların üzünə bağlatdırıb.

Sentyabrın 5-dö Portuqaliyanın Barseluş şəhərində baş tutan görüş 5:0 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.

Bu dəfəki qarşılaşma martın 27-də təşkil olunacaq və Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq