“Bizi Azərbaycan millisi ilə oyunda nələrin gözlədiyini bilirik”

02:20 Milli komanda 63
“Bizi Azərbaycan millisi ilə oyunda nələrin gözlədiyini bilirik”

21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin yarımmüdafiəçisi Qonçalo Moreyra Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı oyunçu sabahkı matça tam hazır olduqlarını bildirib.

İddialı danışan Moreyra Bakıdan qələbə ilə ayrılmaq istədiklərini söyləyib:

“Aşağı və orta blokda oynayan Azərbaycan millisi gözləyirik. Bizi nələrin gözlədiyini bilirik və məşqçimiz bununla bağlı detalları kollektivə çatdırıb.

Yaxşı oyun göstərməyə və qələbə qazanmağa hazırıq. O ki qaldı mənə, qol vurmağı, assist etməyi və qapıya yaxın oynamağı sevirəm.

Ancaq əsas məqsəd komandaya kömək etməkdir. İndi addım-addım irəliləyirik – hər günə fokuslanıram”.

Bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 15:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT