Portuqaliya ilə oyundan öncə iddialı açıqlama: "Bizə inansınlar, o da ola bilər"

26 Mart 22:55 Milli komanda 140
Portuqaliya ilə oyundan öncə iddialı açıqlama: "Bizə  inansınlar, o da ola bilər"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Oruc Məmmədov Sportinfo.az-a açıqlama verib.

"Şamaxı"nın yarımmüdafiəçisi ilk olaraq Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları Portuqaliya ilə görüşün hazırlığından söz açıb:

"Komandada hazırlıq yaxşı gedir. Artıq 6 gündü bir yerdəyik.

Hamı məşqlərdə həvəslə çalışır. Uzun müddətdir bu oyunu gözləyirdik.

Rəqibin gücünə hamımız bələdik. İnşallah, hər şey bizim üçün yaxşı olar. Ölkəmizin adı üçün meydanda mübarizə aparacağıq".

Məmmədov rəqibin gücünün onları qorxutmadığını bildirib:

"Bu cür rəqiblərlə qarşılaşmaq təcrübəmiz artıq var. Meydanda əlimizdən gələndən artığını qoymağa çalışacağıq.

Bu futboldur, hər şey ola bilər. Azarkeşlərdən istəyimiz bizi sonadək dəstəkləsinlər. Bizə sona qədər inansınlar".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT