Azərbaycan komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Saat 19:00-da başlayacaq matçın baş hakimi Giorgi Kruaşvili olacaq.
Ona yan xətdə Levan Varamişvili və Giorgi Elikaşvili köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Koba Revazaşvili yerinə yetirəcək.

