AFFA millilərdə kardinal islahatlara başlayrr - AZ QALDI…

09:50 Milli komanda 222
AFFA millilərdə kardinal islahatlara başlayrr - AZ QALDI…

Aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri tezliklə dəyişəcək.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, aprel 1-də bütün yığmaların çalışdırıcıları ilə müqavilənin müddəti bitəcək.

Ondan sonra ciddi islahatlara start veriləcək. Hazırda komandaların başında olan bütün mütəxəssislərlə yolların ayrılması nəzərdə tutulur.

Təbii ki, istisna mümkündür - hansı milli Avropa çempionatının ələmələrində mərhələ adlayarsa, onun sükançısı ilə yola davam ediləcək.

Onları kimlər əvəzləyəcək? Aldığımız bilgiyə görə, AFFA rəhbərliyi işini ehtiyatlı tutub.

Potensial namizədlərin siyahısı artıq masanın üzərindədir və müzakirələrə başlanılıb.

Burada yer alanların hamısı azərbaycanlı məşqçidir. Yəni ki, qurumun rəsmiləri «U-lar»dan hansısa birinə əcnəbi gətirməyi planlaşdırmır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti